Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Nəbəvi Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində vurğulayıb ki, dünya hər zaman insan üçün bir imtahan yeridir və o, cəmiyyətin hazırkı vəziyyəti ilə bağlı bir neçə mühüm məqama toxunub.
İnqilabçı Virtual Fəaliyyətçilər Şurasının katibi, vurğulayıb: Həyat daim eniş-yoxuşlarla doludur və dünyanın heç bir yerində tam rahat və problemsiz bir yaşam tapmaq mümkün deyil. Dünya mövcud olduqca, onun çətinlikləri və müsibətləri də insanı əhatə edəcək.
Hövzə müəllimi Bəqərə surəsinin 155-ci ayəsinə
«وَلَنَبْلُوَنَّکُمْ بِشَیْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ...»
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik."
istinad edərək əlavə etdi: Allah-taala insanları aclıqla, mal-dövlətinin və canlarının azalmasının qorxusu ilə imtahan edir. Əgər çətinliklər olmasaydı, heç kim sınağa çəkilməzdi.
Tarixin hansı tərəfində dayanmışıq?
Höccətül-İslam vəl-müslimin Nəbəvi ikinci mühüm məqamı “tarixi yönü tanımaq” olaraq qeyd edərək bildirib: Biz bilməliyik ki, tarixin hansı tərəfində dayanmışıq. Əgər biz özümüzü düşmənlərin, kafirlərin və münafiqlərin cərgəsində görsək, bu imtahanda mütləq məğlub olmuş sayılırıq. Amma əgər peyğəmbərlərin, salehlərin və pak insanların yolu ilə getsək, şübhəsiz, qalib olan tərəf biz olarıq.
O, ümumi olaraq ictimaiyyətə müraciətdə belə deyib: Diqqətli olun! Bəzən elə bir söz deyirik və ya mesaj veririk ki, bu Amerika və sionist rejimin xoşuna gəlir. Bəzən isə həmin hərəkət dünyadakı möminlərin və haqsevərlərin sevincinə səbəb olur. Bu fərq tarix qarşısında bizim hansı tərəfdə durduğumuzu göstərir.
İnqilabçı Virtual Fəaliyyətçilər Şurasının katibi, hərəm müdafiəçiləri və İslam qazilərinin qəhrəmanlıqlarına toxunaraq xatırladıb: Onlar şəhidlik arzusu ilə haqq cəbhəsində möhkəm dayanaraq tarix yazıblar. Baxmayaraq ki, bu qəhrəmanların bəziləri şəhidlik zirvəsinə ucalıblar bəziləri isə qazi olublar.
Özünü müdafiə ilə hərbi hücumlara başlamağın fərqi / Allah yolunda mübarizə aparmaq bir “nemətdir''
Höccətül-İslam vəl-müslimin Nəbəvi çıxışının davamında “müharibə” mövzusuna toxunaraq deyib: Biz müharibə tərəfdarı deyilik və heç bir vaxt müharibə başlamaq niyyətində olmamışıq. Amma dinin, Allahın və İslam İnqilabının müdafiəsi yolunda aparılan müharibədən də qorxmuruq.
O, Bəqərə surəsinin 216-cı ayəsinə istinad edərək bildirdi:
«کُتِبَ عَلَیْکُمُ الْقِتَالُ وَهُوَ کُرْهٌ لَکُمْ...»
《Xoşunuza gəlməsə də, döyüş sizə vacib edildi. 》
Belə şəraitdə müharibə bir nemətdir. Quran açıq şəkildə buyurur ki, cihad sizə vacib qılınıb, baxmayaraq ki, bu sizə xoş gəlmir. Amma ola bilər ki, sizin xoşlamadığınız bir şey sizin üçün xeyirli olsun. Allah imanınızın həqiqətini bilir, hərçənd siz özünüz onu dərk etməsəniz belə.
Cihad – cənnət qapılarından biridir
Höccətül-İslam vəl-müslimin Nəbəvi xalqın müqavimət ruhiyyəsinin və müdafiə hazırlığının qorunmasının vacibliyinə toxunaraq deyib: Müharibədən qorxmaq, nadanlıqdan irəli gəlir. Düşmən qarşısında qorxaq olmaq haqq yoldan geri çəkilmək deməkdir. Biz müharibə tərəfdarı deylik və onu biz başlatmırıq. Lakin əgər düşmən bizə hücum edərsə, müharibəni qəbul edir və ondan qaçmırıq.
İnqilabçı Virtual Fəaliyyətçilər Şurasının katibi əlavə edib: Cihad Allahın yalnız xüsusi bəndələri üçün açdığı cənnət qapılarından biridir və bu hər kəsə nəsib olan bir uğur deyil. Biz qorxaq olmamalı, nə özümüzü nə də Allahın dinini müdafiə etməkdən çəkinməməliyik. Əksinə möhkəm və qətiyyətlə ayaqda durmalıyıq.
İmamların (ə) həyat tərzindən nümunə götürmək
Höccətül-İslam vəl-müslimin Nəbəvi İmamların (ə) həyat yolu əsasında qeyd edib: Həzrət Peyğəmbər (s) Mədinədə hökumət qurduqdan sonra bir neçə döyüşdə iştirak edibdir. Həzrət Əmirəl-möminin də bir çox müharibələrdə sərkərdə olmuş və Müaviyənin hücumlarına qarşı hərbi hazırlıqsız bir yol tutmamışdır. Həzrət İmam Hüseyn (ə) və İmam Həsən Müctəba (ə) da döyüşmüşdülər.
O, İmam Hüseynin (ə) "Heyhat minnəz zillət" "Zillətə boyun əymərik" kəlamına işarə edərək dedi: İmam Hüseyn (ə) buyurmuşdur ki, murdar düşmən onu iki seçim qarşısında qoydu – ya müharibə, ya da zilləti qəbul etmək. Amma o, zilləti qəbul etmədi. Biz İmam Hüseyn (ə) məktəbinin şagirdləriyik və hər bir halda haqqın yanında durmalıyıq nə bahasına olursa olsun.
Cəmiyyətin aramlığını və psixologiyasını qoruyub saxlamaq
İnqilabçı Virtual Fəaliyyətçilər Şurasının katibi, cəmiyyətin ruhuyyəsinin yüksəkliyinin artırılması və narahatlıqların idarə olunmasının vacibliyinə toxunaraq dedi: Ən mühüm məsələ xalqın aramlığını təmin etməkdir. Bəzi zəif iradəli insanlar, məsələn, benzin qıtlığı ilə bağlı yayılan kiçik bir şayiədən belə təşvişə düşür və məntiqsiz davranışlara məsələn, yanacaqdoldurma məntəqələrinə axın etməyə başlayırlar. Belə zəifliyin heç bir mənası yoxdur. Dövlət lazım olan halda kifayət qədər benzin təmin edə bilər. İnsanlara əminlik verilməlidir ki, narahat olmağa əsas yoxdur və istənilən vəziyyətdə dövlət xalqın yanındadır.
Cəmiyyətdə döyüş ruhuyyəsini və qəhrəmanlıq hissininin dirçəldilməsi lazımdır
Höccətül-İslam vəl-müslimin Nəbəvi xalq arasında qəhrəmanlıq və döyüşkənlik ruhunun dirçəldilməsinin əsas zərurət olduğunu vurğulayaraq deyib: “Əgər müharibə olsa, nə edəcəyik kimi suallarla cəmiyyətin ruhunu zəiflətmək olmaz. Uşaq qatili olan sionist rejimi elə bir rejimdir ki, görünməmiş cinayətlər törədib və təəssüf ki, insan haqlarından dəm vuran ölkələr də onu tam şəkildə müdafiə edirlər. İran xalqı daim hazır və yüksək ruhiyyəylə, düşmənlərin istənilən təcavüzünə qarşı dayanmalı, müqavimət göstərməlidir.
Təfriqə salmağa qarşı xəbərdarlıq / Etibarsız xəbərlərin yayılmasından çəkinmək lazımdır
Höccətül-İslam vəl-müslimin Nəbəvi ölkənin hazırkı həssas vəziyyətinə işarə edərək, birlik və ümumi ayıqlığın vacibliyini vurğulayaraq deyib: Düşmən xalq arasında təfriqə salmaq və müqavimət ruhunu zəiflətmək niyyətindədir. O, sosial şəbəkələrdə etibarsız və saxta xəbərlər yayaraq bizi öz məqsədlərinin alətinə çevirməyə çalışır.
İnqilabçı Virtual Fəaliyyətçilər Şurasının katibi əlavə edib: Bütün xalqdan xahiş edirik ki, etibarlı mənbəyə əsaslanmayan məlumatların yenidən paylaşılmasından çəkinsinlər və əgər hər hansı bir şübhəli məqamla qarşılaşsalar, yalnız həmin əsas platformada cavab versinlər ki, bu cür məlumatların daha geniş yayılmasının qarşısı alınsın.
Xalqın təhlükəsizliyi və ayıq-sayıqlığının təmin edilməsi üçün tövsiyələr
Höccətül-İslam Nəbəvi müdafiə hazırlığının əhəmiyyətinə toxunaraq əlavə edib: Şəhidlik arzusu insanın özünü təhlükəyə atması demək deyil. Xalq böhranlı vəziyyətlərdə təhlükəsizlik qaydalarını və özünüqoruma yollarını öyrənməlidir.
O, milli həmrəyliyin vacibliyini vurğulayaraq dedi: İndi fikir ayrılıqlarını və ikinci dərəcəli sualları gündəmə gətirməyin zamanı deyil. Necə ki, Ali Rəhbər deyib: Hamımız bir olmalıyıq. Hazırkı şəraitdə dövlətin və silahlı qüvvələrin mövqeyi müsbətdir. Əziz xalqımız xüsusilə iqtisadi sahədə süni təşviş yaratmaqdan çəkinməli və dövləti dəstəkləməlidir.
Qədir Xum bayramının keçirilməsi: Möhkəmlik və müqavimət ruhunun təbliği
İnqilabçı Fəallar Şurasının Katibi Qədir Xum bayramının keçirilməsinə toxunaraq vurğulayıb ki, bu mühüm fürsət cəmiyyətdə dayanışma, möhkəmlik və Həzrət Əlinin (ə) mübarizə ruhunun təbliğini yaymaq olduqca vacibdir. Bayramın təşkilatçıları mədəni tədbirləri, o cümlədən ehsan çadırlarının qurulmasını qorumaqla yanaşı, imamət yolunda sabitlik və müqavimət prinsiplərinin çatdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Xəbərin sonu.
Rəyiniz